Öhdəlik fermalarımızdan başlayır.
Westgold" südü sağım tövləsindən çıxarıldığı andan etibarən, son məhsul mətbəxinizə daxil olana qədər müvafiq qaydada nəzarət və izləmə həyata keçirilir. Yüksək keyfiyyətli təbii süd məhsulları istehsal etmək öhdəliyimiz sadəcə bununla məhdudlaşmır; bu öhdəlik ən yaxşı tədarükçüləri "Westgold" ailəsinə cəlb etməkdən və inkişaf edən, dayanıqlı fermer təsərrüfatlarını aparmaqda onlara dəstək göstərməkdən başlayır. Fermerlərimiz ekoloji cəhətdən təhlükəsiz kənd təsərrüfatı üsullarından və sərbəst otlama prinsiplərindən istifadə edərək, güclü, sağlam sürülər yetişdirməyə çalışırlar. Biz həmişə ancaq Vest-Kostun yarada biləcəyi yağlılığa və dada malik nəfis süd məhsullarının geniş çeşidini təklif edirik.