Skip to main content

Şərtlər və qaydalar | Westgold AZ

Ümumi

Bu vebsayt ("Sayt") "Westland Milk Products" ("Yili Group"un üzvü) adı altında fəaliyyət göstərən "Westland Dairy Company Limited" şirkətinə ("biz", "bizə", "bizim") məxsusdur və onun tərəfindən idarə olunur. Aşağıda göstərilən Şərtlər və qaydalar ("Şərtlər") bu Saytın istifadəçisi olaraq sizin və bizim aramızda hüquqi razılaşmanı təşkil edir.

 

Bu Saytdan istifadə etməklə, Şərtləri oxuduğunuz, başa düşdüyünüz və qəbul etdiyinizlə, eləcə də onlara əməl edəcəyinizlə razılaşırsınız.

 

İstənilən vaxt və əvvəlcədən xəbərdarlıq etmədən Şərtlərdə dəyişiklik edə bilərik. Şərtlərə dəyişikliklər edildikdən sonra Saytdan istifadəni davam etdirməklə, dəyişiklik edilmiş Şərtlərlə razılaşmış olacaqsınız.

 

Bu Sayta texniki xidmət Yeni Zelandiyada göstərilir və bu Saytda verilmiş məlumatların digər ölkələrdə istifadə üçün uyğun olduğuna dair heç bir zəmanət və ya təminat vermirik. Yeni Zelandiyadan kənarda bu Sayta daxil olmağa qərar verdiyiniz təqdirdə, tətbiq olunan yerli qanunvericiliyə riayət edilməsinə görə tam məsuliyyət daşıyırsınız.

 

Bu Şərtlər Yeni Zelandiya qanunvericiliyi ilə tənzimlənir və Yeni Zelandiya məhkəmələri onların nəticəsində və ya onlarla bağlı yaranan hər hansı mübahisələrə baxılması və onların həlli üzrə qeyri-müstəsna yurisdiksiyaya malikdir.

Əqli mülkiyyət və müəlliflik hüquqları

Bu Saytda olan bütün materiallar müəlliflik hüququ və Yeni Zelandiyanın digər qanunları (və xaricdə oxşar qanunlar) ilə qorunur. Siz qəbul edir və razılaşırsınız ki, bu Saytdakı materiallar (mətn, loqotiplər, ad, incəsənət əsərləri, video, foto, musiqi, cizgi və mənbə kodu daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq) üzərində bütün müəlliflik hüquqları və digər əqli mülkiyyət hüquqları ("Əqli mülkiyyət") bizə, bizim lisenziarlarımıza və ya əlaqəli şəxslərə məxsusdur (başqa hal göstərilməyibsə).

 

Sayt üzərində bütün hüquqlar və Əqli mülkiyyət hüququ qorunur və sizə Sayt ilə bağlı heç bir hüquq və lisenziya, yaxud da Əqli mülkiyyət hüququ verilmir.

 

Siz nəşr olunan mətni və ya digər materialları qeyri-kommersiya məqsədləri ilə istifadə etmək üçün kopyalaya bilərsiniz. Bununla belə, bu Saytda yerləşdirdiyimiz heç bir Müəlliflik hüquqları barədə bildirişi, təsviri izahı və ya istifadə şərtlərini silməməli, örtməməli, üzərini bağlamamalı, gizlətməməli və ya dəyişməməlisiniz. Bu Saytda dərc olunmuş hər hansı mətn və ya digər materialların istifadəsi ilə bağlı xüsusi şərt və müddəalar varsa (həmin şərt və müddəaların bu Şərtlərlə uyğun olması halında), bu Şərtlərin yerinə həmin şərt və müddəalar tətbiq olunur. Bu Sayt üzərində Əqli mülkiyyət hüququnu əvvəlcədən yazılı razılıq olmadan heç bir səbəbdən digər məqsədlərlə çoxaltmamalı və ya istifadə etməməli, yaxud da kiminsə çoxaltmasına və ya istifadə etməsinə imkan verməməlisiniz.

Məlumatlardan istifadə

Bu Saytda sizə məlumat, rəy və istifadəçilərin təqdim etdiyi digər kontent ("İstifadəçi məlumatları") göndərməyə icazə verilə bilər. İstifadəçi məlumatlarını göndərməklə, yükləməklə, dəyişdirməklə və ya ötürməklə aşağıdakılarla razılaşırsınız:

 

bu Saytın digər istifadəçilərinə, müştərilərimizə və ya təchizatçılarımıza vaxtaşırı icazə verə biləcəyimiz qaydada, öz İstifadəçi məlumatlarınızın (hazırda məlum olan və ya gələcəkdə işlənib hazırlanacaq istənilən üsul və ya vasitə ilə) dərc olunması və təqdim edilməsi üçün qeyri-müstəsna, royaltisiz, tam ödənilmiş, müddətsiz lisenziya verirsiniz; qəbul edir və razılaşırsınız ki, biz sizi İstifadəçi məlumatlarının mənbəyi kimi qəbul etmək öhdəliyi daşımırıq və İstifadəçi məlumatlarınıza və ya yuxarıda göstərilən hüquqlarınıza görə heç bir royalti və ya digər mükafat sizə ödənilməyəcək; və bunu etmək hüququnuzun olduğuna dair bizə zəmanət verirsiniz.

Bu Saytın təhlükəsizliyi və ondan istifadə

İstifadəçi məlumatlarınızı və fərdi məlumatlarınızı qorumaq üçün bütün məqbul səyləri göstərsək də, siz qəbul edir və razılaşırsınız ki, İstifadəçi məlumatlarınıza və ya kompüter sisteminizdə və ya bu Saytda olan məlumatlara icazəsiz giriş (və ya dəyişiklik edilməsi) riski mövcuddur. Belə icazəsiz girişdən və ya dəyişiklik (birbaşa və ya dolayısı ilə) səbəbindən yarana biləcək hər hansı zərərə görə məsuliyyət daşımırıq. Aramızda ötürülən bütün məlumatların ötürülməsi riskini siz daşıyırsınız, bu Saytdan və İnternetdən istifadə etməklə və ona qoşulmaqla əlaqədar yaranan bütün məsuliyyət və riskləri öz üzərinizə götürürsünüz. Bu Sayta və ya hər hansı çıxan hiperlinkə daxil olmağınızla əlaqədar yarana biləcək hər hansı bir müdaxilə və ya zərərə (birbaşa və ya dolayısı ilə) görə məsuliyyət daşımırıq.

 

Siz razılaşırsınız ki, bu Saytdan hər hansı qeyri-qanuni məqsədlər üçün istifadə etməyəcəksiniz və ya bu Saytın işinə və ya məzmununa hər hansı şəkildə zərər vura biləcək heç bir hərəkətə yol verməyəcəksiniz.

 

İstifadəçi məlumatlarınızdan və bu Saytdan və digər İT sistemlərindən istifadəniz barədə məlumatlardan bu sistemlərə icazəsiz girişin və ya onlara kiberhücumların qarşısını almaq və bu problemi aradan qaldırmaq məqsədilə istifadə edə bilərik. Bu məlumatlardan hətta zərərli fəaliyyətə cəlb olunmadığınız hallarda belə eynilə istifadə edə bilərik. Həmçinin hüquqi tələblərimizə uyğun olaraq və sistemlərimiz üçün kibertəhlükəsizliyə nəzarət vasitələrini təkmilləşdirmək üçün İstifadəçi məlumatlarınıza və bu Saytdan istifadənizə dair məlumatlara ehtiyac duya bilərik.

Gizlilik siyasəti

Bu Saytdan istifadə etdiyiniz zaman sizin haqqınızda və ya sizdən (məsələn, adınız, ünvanınız və əlaqə məlumatlarınız) fərdi məlumatları toplaya və ya istəyə bilərik. Bu siyasət bu Sayt vasitəsilə göndərilən fərdi məlumatları toplamaq, istifadə etmək, açıqlamaq və idarə etmək qaydalarımızı müəyyən edir. Biz sizin fərdi məlumatlarınızı yalnız bu siyasətə və ya Gizlilik haqqında Qanuna (1993) uyğun olaraq toplayacaq, istifadə edəcək və açıqlayacağıq.

Məlumatların toplanılması

Saytla və digər İT sistemlərimizlə qarşılıqlı əlaqənizə dair məlumatlarla yanaşı, adınız, ünvanınız və əlaqə məlumatlarınız kimi fərdi məlumatlarınızı da toplaya bilərik. Bu məlumatı bizə təqdim etməkdən imtina edə bilərsiniz, lakin bu, bəzi xidmətlərimizə və bu Sayta çıxış imkanınıza təsir edə bilər.

 

Biz həmçinin bizdən almaq istədiyiniz mal və ya xidmətlərlə bağlı digər fərdi məlumatları da tələb edə bilərik.

 

Siz bu Saytdan istifadə edərkən Sayt sizin haqqınızda məlumat toplamaq üçün cookie faylları, seanslar və istifadənin monitorinqi üzrə proqram təminatı kimi avtomatlaşdırılmış alət və üsullardan istifadə edə bilər.Bu avtomatlaşdırılmış alət və üsullardan istifadə edərək topladığımız fərdi məlumatlara aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

 

internet protokolu ünvanı və kompüterinizin internetə qoşulması üçün istifadə etdiyi domen adı; kompüter sisteminizdən istifadə olunan əməliyyat sistemi və brauzer, habelə bu Sayta daxil olmaq üçün istifadə olunan istənilən axtarış sistemi və ya çıxan hiperlink; Saytda daxil olduğunuz tarix, vaxt və saytda olduğunuz müddət; və baxdığınız veb-səhifələr.

 

Biz bu məlumatlardan bu Saytın necə istifadə edildiyini bilmək üçün istifadə edəcəyik. Əgər kompüterinizdə cookie fayllarının istifadəsini məhdudlaşdırmaq istəsəniz, bu Saytda bəzi funksiyalar düzgün işləməyə və ya əlçatmaz ola bilər. Cookie fayllarının köməyilə toplanmış məlumatların açıqlanması ümumiləşdiriləcəkdir.

Məlumatlardan istifadə və onların açıqlanması

Məlumatlarınızdan istifadə və onların açıqlanması Gizlilik haqqında Qanuna (1993) uyğun olaraq həyata keçiriləcəkdir.

 

Sizin fərdi məlumatlarınızdan aşağıdakı məqsədlərlə istifadə edə bilərik:

 

tələb etdiyiniz məhsul və ya xidməti təmin etmək;

sizə məhsul və xidmətlərimiz haqqında məlumat vermək;

məhsullar haqqında sorğulara və ya şikayətlərə cavab vermək;

məhsul və xidmətləri təmin etmək məqsədilə əlaqəli təşkilatlarımıza məlumat vermək;

bu Saytı təkmilləşdirmək və ya yeniləmək;

sizinlə ünsiyyət qurmaq;

bu Şərtlərdə açıq şəkildə göstərildiyi kimi;

və ya qanunla müəyyən edilmiş hallarda.

 

Fərdi məlumatlarınızı üçüncü şəxslərə satmayacağıq. Bununla belə, fərdi məlumatlarınızı şirkət daxilində və ya müqavilə bağladığımız və ya hüquqi münasibətlərimiz olan üçüncü şəxslərə (kredit təşkilatları, vasitəçilər, əlaqəli şirkətlər, informasiya təhlükəsizliyi üzrə şirkətlər, veb-saytların təhlili üzrə təşkilatlar və saxlama xidmətləri təchizatçıları daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) açıqlaya bilərik. Aşağıdakı hallar baş verməyincə, sizin fərdi məlumatlarınızı açıqlamayacağıq:

 

bu, yuxarıda göstərilən məqsədlərlə edilir;

bunu etmək üçün bizə səlahiyyət vermisiniz;

biz məlumatlardan istifadənin və ya onların açıqlanmasının hüquq mühafizə orqanına və ya kibertəhlükəsizlikdən məsul olan üçüncü şəxslərə öz vəzifələrini yerinə yetirməkdə kömək etmək üçün əsaslı şəkildə zəruri olduğuna inanırıq;

biz məlumatlardan istifadənin və ya onların açıqlanmasının malik ola biləcəyimiz hər hansı qanuni hüquqları gücləndirmək və ya hüquqlarımız, əmlak və təhlükəsizliyimizi, habelə müştərilərimizi və digər üçüncü şəxsləri qorumaq üçün əsaslı şəkildə zəruri olduğuna inanırıq;

və ya bu məlumatları açıqlamaq öhdəliyimiz və ya buna qanunla icazəmiz var.

Saxlama və təhlükəsizlik

Bu Saytdan toplanan fərdi məlumatlar tərəfimizdən və ya müqavilə bağladığımız üçüncü şəxs xidmət təminatçısı tərəfindən saxlanılır. Biz fərdi məlumatlarınızı icazəsiz giriş, istifadə və açıqlanmadan, dəyişiklik və ya məhv olmaqdan qorumaq üçün bütün məqbul səyləri göstərəcəyik.

 

Məsuliyyətdən imtina

Bu Saytdakı məlumatların dəqiqliyini təmin etmək üçün səy göstərsək də, hər hansı səhv və ya buraxılmalara görə məsuliyyət daşımırıq. Qanunla icazə verilən maksimum dərəcədə, heç bir zəmanət və ya təminat (açıq şəkildə ifadə edilmiş, nəzərdə tutulan, qanunla nəzərdə tutulan və ya digər hallarda), o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, hüquqların pozulmamasına, kommersiya dəyərinə və ya müəyyən məqsəd üçün yararlı olmasına zəmanət vermirik.

 

Bu Saytda üçüncü şəxslərin sahib olduğu və texniki xidmət göstərdiyi veb-saytlara ("Üçüncü şəxs saytları") keçid linkləri verilə bilər. Biz Üçüncü şəxs saytlarındakı məlumatların dəqiqliyinə görə heç bir məsuliyyət daşımırıq və Üçüncü şəxs saytlarından istifadəniz (birbaşa və ya dolayısı ilə) və ya bununla əlaqədar dəymiş və ya yaranmış heç bir zərərə və ya ziyana görə cavabdeh deyilik.

 

İnternetin və elektron kommunikasiyaların təbiəti elədir ki, biz bu Saytın xətasız, fasiləsiz və ya ləngiməsiz işlədiyinə və ya onun layihəsində qüsurların olmadığına zəmanət verə bilmərik. Əgər bu Sayt hər hansı səbəbdən əlçatmaz ola, dayandırıla, məhdudlaşdırıla və ya ləngimə ilə işləyərsə, sizin qarşınızda heç bir məsuliyyət daşımayacağıq.

 

Əgər xidmətlərimizdən işgüzar məqsədlər üçün istifadə edirsinizsə, onda İstehlakçı təminatları haqqında Qanunda (1993) göstərilən təminatların həmin xidmətlərə şamil edilmədiyinə razılaşmış olursunuz.

Məsuliyyətin məhdudlaşdırılması

Bu Şərtlərdə müəyyən edilmiş heç nəyi məhdudlaşdırmadan və qanunla icazə verilən maksimum dərəcədə, heç bir ziyana, zərərə (o cümlədən gəlirin itirilməsi), xərclərə, müqavilə və ya onun pozulması ilə bağlı yaranan heç bir xərcə, məsrəfə (birbaşa və ya dolayı), yaxud da bu Saytdan və ya bu Saytda yerləşdirilmiş hər hansı materialdan istifadə və ya istifadənin qeyri-mümkünlüyü, habelə bu Saytdan və ya bu materiallardan istifadə nəticəsində yaranan heç bir hərəkət və ya qərara görə məsuliyyət daşımırıq.

 

Siz razılaşırsınız ki, müqavilə, onun pozulması və ya bu Sayta daxil olmağınız və ya ondan istifadə etməyinizlə əlaqədar yaranan hər hansı ziyana, zərərə (itirilmiş gəlir daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq), hər hansı xərclərə, məsrəflərə (birbaşa və ya dolayı) görə bizə kompensasiya ödəyəcəksiniz.

Əlavə dəstək lazımdır

Tez-tez verilən suallar

Sign up for a taste of the West Coast