Skip to main content

https://westgold.com/

Faydalı məsləhətlər

"Sanki həyatınız bundan asılı imiş kimi səpin".

Özünüzə qarşı yumşaq olun.

 

Detallara varmazdan əvvəl unutmamalıyıq ki, bəzən yeməklərin bəzədilməsi işi heç də istədiyiniz kimi getməyə bilər, ya da fikrinizdə canlandırdığını kimi görünməyə bilər. Bu isə tamamilə normaldır. Pudinqi pudinq edən onun yeyilməsidir. Biz daha çox gözlərimizlə yesək də, əsas məsələ yemək prosesinin özüdür. Siz kimin üçünsə dadlı bir şey hazırlamısınız, əsas da budur.

 

Sanki həyatınız bundan asılı imiş kimi səpin.

 

 

Nəyisə gizlətmək, diqqəti nədənsə yayındırmaq və ümumiyyətlə rəng və lüks görünüş qatmaq üçün ən yaxşı üsul nəyisə səpməkdir! Daha yaxşı effekt əldə etmək üçün fərqli ölçüləri və teksturaları qarışdırın. Yeməli ləçəklər, xırdalanmış şokolad və qoz-fındıq, müxtəlif dekorativ səpintilər - bütün bunlar sizin bəzək arsenalınızda özünə yer edəcəkdir. Unutmayın ki, dekorativ səpintilər təkcə qidanın üzəri üçün deyil, onları tortun kənarlarına da səpsəniz, bu, ona qeyri-adi görünüş qazandıracaq.

 

Siz həmçinin bəzədiyiniz qidaya uyğun olaraq öz dekorativ səpintilərinizi hazırlaya və istədiyiniz rəngləri əldə edə bilərsiniz. Sizə lazım olan tək şey "kral qlazuru", qida boyası, qənnadı kisəsi və çoooooooox uzun folqa kağızı olacaq - resepti isə buradan götürə bilərsiniz.

 

 

Bu uşaqlarla birlikdə icra edə biləcəyiniz əla məşğuliyyətdir - siz qənnadı kisəsi vasitəsilə qlazur xətlərini növbə ilə çəkə bilərsiniz! Ürək, ulduz və çiçək kimi kiçikölçülü formalar çıxarmağı sınayın və onları kapkeyk bəzəyi kimi istifadə etmək üçün qurumağa qoyun.

 

Qlazur da sıxın.

 

 

Bəzən tortunuza lazım olan tək şey sadəcə bir az əlavədir, kərə yağlı kremi doldurmağa ehtiyac yoxdur. Bəzən qurabiyələrinizi və ya kiçik tortlarınızı "gözəlləşdirmək" üçün bir az rəng aksentinə və ya kontrast rənglərə ehtiyac olur. Sizə lazım olan tək şey bir sıxım qlazurdur.

 

Əgər qurabiyələrin və ya kündələrin üstünü bəzəyirsinizsə, toppinqin istədiyiniz kimi "oturduğundan" əmin olmaq üçün əvvəlcə bir az sınayıb baxın. Əgər toppinq bir az nazikdirsə və bişintiyə hopursa, bir az şəkər kirşanı qatıb yenidən yoxlayın (həmin test qurabiyəsini yeyə bilərsiniz, bundan heç kimin xəbəri olmayacaq); əgər toppinq çox qatıdırsa, bir qədər maye əlavə edə bilərsiniz. Əgər nəticə ümid etdiyiniz kimi deyilsə, səpintilərlə bağlı əvvəlki faydalı məsləhətə baxın!

 

Əgər qanaş (şokoladlı qlazur) dadını hiss etmək istəyirsiniz, amma əlinizin altında şokolad yoxdursa, bu şokoladlı pomadkanı sınaya bilərsiniz. O, "gül keks"lərin üzərinə çəkmək üçün ideal toppinqdir, başqa heç nəyə ehtiyac yoxdur. Yaxud da kərə yağlı krem bazasının üzərinə damla və ya burma fiqurları qoymaq üçün uyğundur.

 

Şokoladlı pomadka

3 xörək qaşığı su

3 xörək qaşığı duzsuz "Westgold" yağı

3 xörək qaşığı şəkər tozu

3 xörək qaşığı Holland üsulu kakao tozu

Bir çimdik duz

Bir azca vanil

 

Bütün inqrediyentləri birlikdə kiçik bir qazanda əridin, dayanmadan qarışdırın. Qarışığı ocağın üstündən götürüb soyumağa qoymazdan əvvəl 30 saniyə qabarcıqlanmasını gözləyin. Pomadka asanlıqla töküləcək dərəcədə qatılaşdıqda, istədiyiniz kimi "çiləyin".

 

Onu yaxşı-yaxşı qarışdırın.

 

 

Bəzən həqiqətən də ehtiyac duyduğunuz şey kərə yağlı qabarıq kremdir, başqa heç nə. Sadə kərə yağlı kremi daha da "ipək kimi yumşaq" etməyin iki asan yolu var: Həmişə istifadə etdiyinizdən daha çox yağ. Və kremi "o ki var çırpmaq".

 

Amerika üsulu sadə krem hazırlamaq üçün aşağıdakı reseptə baxın, lakin kremi uzun müddət çalmağa çalışın. Əgər dayaqlı mikseriniz varsa, bu, bir az daha asan olacaq, amma burada əsas məsələ səbrdir. Mikserin kremi hər zamankından 5 dəqiqə daha çox çalmasını gözləyin və dadına baxın. Kremin tədricən dənəvərliyini itirdiyini, daha çox həcm qazandığını və ümumiyyətlə daha az maye tələb etdiyini görəcəksiniz. Mikser kremi çaldıqca, yağ daha çox şəkər tozu udur və həll edir, içinə hava daxil olması isə kremə mussa bənzər tekstura qazandırır və onun yayılmasını asanlaşdırır.

 

Sadə kərə yağlı krem

80 qram duzsuz "Westgold" kərə yağı

250 qr şəkər kirşanı

2-3 xörək qaşığı süd

Bir çimdik duz

Bir azca vanil

 

Əvvəlcə yağı ayrıca çalın ki, hamar olduğundan və içində soyuq parçalar olmadığından əmin olasınız. Şəkər tozunu əlavə edin və südü qatmazdan əvvəl onların birləşməsi üçün yavaş-yavaş çalın. Hər şey qarışdıqdan sonra duz və vanil əlavə edin. Mikserin (dayaqlı mikser və ya əl mikseri) sürətini artırın və krem qabarıq və yumşaq olana qədər bir neçə dəqiqə ərzində çalın.

 

Başlamazdan əvvəl tortun qıraqlarındakı çıxıntıları təmizləyin və kifayət qədər qlazurunuz varsa, sonuncu qat qlazur çəkməzdən əvvəl hər hansı çıxıntını yapışdırmaq üçün tortun bütün xarici səthinə çox nazik qlazur qatı çəkin. Boşluqların qırıntılarla örtülməsi tortu hamar və səliqəli edəcəkdir.

 

Unutmayın ki, məşq etmək işi mükəməlləşdirir, ona görə də məşq etməyə davam edin. Əminəm ki, siz məşq etdikcə, ləziz təamlarınız onları bəyənən kütləni tapacaqdır!

 

Nuş olsun!; Kearin Armstronq, "Wellington Bakehouse"

Əvvəlki bloq Növbəti bloq

Sign up for a taste of the West Coast