Tarixçəmiz.
"Westgold"un vətəni Yeni Zelandiyanın "Cənub ada"sının Qərb sahili – Vest-Kost bölgəsi hesab edilir. Bu, sərt qayalı sahilləri, uca dağları, təmiz havası və leysan yağışları ilə tanınan, gözlərdən uzaq bir yerdir.
Buranı həmçinin ən keyfiyyətli süd məhsullarının istehsalı üçün ideal yer adlandırmaq olar. Təbiət sanki sizi fermer təsərrüfatına həvəsləndirəcək ən məhsuldar, ən yaşıl otlaqları burada yaradıb. Artıq 125 ildən çoxdur ki, bu işlə məşğuluq. Bu sənəti daha da kamilləşdirib gələcək nəsillərə ötürərək, ətraf mühitə, torpağa və heyvanlara hörmətlə yanaşaraq bu işi görürük.
Bizi əhatə edən hər şey kimi təbii olan zəngin dad da məhz bunun nəticəsidir. Sevdiyiniz, dadına alışdığınız yeməyi tezbazar bişirəndə də, yeni bir şey dadmaq istəyəndə də özünüzü Vest-Kostda hiss edəcəksiniz.
Dəyərlərimiz