Cənubi Alp dağlarının ətəklərində yerləşən Yeni Zelandiyanın "Cənub ada"sı 408 süd tədarükçümüzün vətənidir. Lakin "Westgold"un ürəyi Vest-Kost sayılır, Bu işə məhz burada başlamışıq və süd məhsullarımızın çoxu da məhz buradan gəlir.
Sehrli toxunuş
Cənubi Alp dağları ilə əhatə olunmuşdur.
Yeni Zelandiyanın "Cənub ada"sında 500 kilometr məsafədə uzanan bu əzəmətli dağ silsiləsi Yeni Zelandiyanın ən uzun, ən yüksək və ən möhtəşəm dağ silsiləsidir.
Təbii gözəllik.
Bu ərazi boyunca kələ-kötür və yabanı yerləri heyrətamiz təbii gözəlliklər əvəz edir. Burada enişli sahil xətti boyunca buzlaqlara rast gəlmək olar.
Bir göz qırpımında rəngini dəyişən səma.
Bir dəqiqədə başlayan yağış. Ardınca çıxan günəş. Bura, yağıntıların miqdarının millimetrlə deyil, metrlə ölçüldüyü çətin proqnozlaşdırılan iqlim və intensiv mühitdir.
Qızıl kimi qiymətli
Təbii məhsuldarlıq və bərəkət.
Təbiət əzəmətli Cənubi Alp dağlarının ətəyindəki düzənlikləri parlaq yaşıl rəngli otların bitdiyi və otlaqların çiçəkləndiyi münbit bir torpağa çevirmişdir.