Yer kürəsi fırlanmağa davam edir, biz də nehrə çalxalamağa davam edirik.
Soyudulmuş qaymaq yağ çalan avadanlığımıza keçirilir və burada iki fırlanan şnek və xırdalayıcı onları hamar və qızılı rəngli qaymaqvari yağa çevrilənədək emal edir.
Bu, "Fritz Churn" metodudur; yəni yağ istehsalının kökü 1893-cü illərə gedib çıxan ənənəvi Avropa üsulu. Bu proses zamanı maye süd (ayran) ayrılaraq süzüldüyünə görə, qaymağın yağ tərkibi ikiqat olur.
Nəfis şəkildə hazırlanan yağımızın sirri zaman və səbirdir, təcrübəli yağ istehsalçılarımız da məhz burada köməyimizə gəlirlər. Ekspertlərdən ibarət komandamızın üzvləri bu günədək yağ istehsalına on minlərlə saat sərf ediblər və yağa baxan kimi onun alınıb-alınmadığını bilirlər.
Keyfiyyət al, keyfiyyət ver