https://westgold.com/
Çətinlik dərəcəsi
asan
Hazırlanma müddəti
20 dəqiqə
Bişmə müddəti
20 dəqiqə
Porsiya
4-6
İnqrediyentlər:
3 ortaboy kartof
1 ədəd yerkökü (sürtgəcin iri gözündən keçirilmiş)
100 qr ovulmuş feta pendiri
Bir ovuc doğranmış ispanaq
2 xörək qaşığı doğranmış təzə göyərti
1 ədəd yumurta
1 xörək qaşığı un
İstiot
4 xörək qaşığı duzlu kərə yağı
Barbekyu üçün zeytun yağı
Hazırlanma üsulu:
Kartofu və yerkökünü soyub sürgəcdən keçirin. Qazana yığın və üstündən sadəcə soyuq su tökün. Qaynama dərəcəsinə çatdıqdan sonra 2 dəqiqə bişirin. Suyunu süzmək üçün süzgəcə tökün və artıq suyunu axıtmaq üçün plastmas ərsinlə üstündən basın. Soyuması üçün kənara qoyun. Barbekyunun isti soba tavasını orta temperatura qədər qızdırın. Bişmiş kartof və yerkökünü bir qaba qoyun, yumurta, feta pendiri, göyərti, ispanaq, un və istiot əlavə edib qarışdırın. Barbekyunun isti soba tavasını yağlayın. İsti soba tavasının üstünə metal kəsici qoyun və röşti qarışığından qaşıqla götürün, tort kimi forma vermək üçün qaşıqla üstündən basın. Kəsicini çıxarın və 6-8 röşti hazırlamaq üçün bu prosesi təkrarlayın. Röştilərin arasını yağlamayın. Qızılı rəng alana qədər 8-10 dəqiqə bişirin, sonra onları çevirin, aralarına bir az da yağ əlavə edin və qızılı rəng alana qədər bişirin. Servis boşqabına qoyun və çox sevdiyiniz pomidorlu çatni ilə birlikdə isti halda süfrəyə verin.
How many stars would you give this recipe?
No other reviews submitted yet, but you could be the first!