Skip to main content

https://westgold.com/

Reseptlər

Çətinlik dərəcəsi

Orta

 

Hazırlanma müddəti

60 dəqiqə

 

Bişmə müddəti

25 dəqiqə

 

Porsiya

12

İnqrediyentlər:

 

Biskvit:

4 ədəd iri yumurta

1 ½ stəkan şəkər tozu

1 ½ stəkan özü qalxan un

4 xörək qaşığı Holland üsulu kakao tozu

125 qr əridilmiş "Westgold" kərə yağı

1/4 stəkan süd

2 çay qaşığı vanil

 

Çiyələkli krem içlik:

2 stəkan çalınmış qaymaq

2 xörək qaşığı şəkər kirşanı

3 çay qaşığı sublimasiyalı qurutma üsulu ilə qurudulmuş çiyələk tozu

1 səbət kub şəklində doğranmış çiyələk

1 stəkan çiyələk cemi

Bir az da bəzək üçün çiyələk

 

Yağdan hazırlanmış qlazur:

170 qr şəkər kirşanı

100 qr yumşaq "Westgold" kərə yağı

3 çay qaşığı sublimasiyalı qurutma üsulu ilə qurudulmuş çiyələk tozu

2 xörək qaşığı ilıq süd

Hazırlanma üsulu:

 

Biskvit tortunu hazırlamaq üçün:

Sobanı 170°C-dək qızdırın. Yumurta, süd və vanili qarışdırmaq üçün qaba qoyun. Maye inqrediyentlərin üzərinə un və kakaonu ələyin. Ərinmiş kərə yağını tökün və həmcins kütlə alınana və yaxşıca qarışana qədər 1 dəqiqə ərzində orta sürətdə qarışdırın. Qarışığı 2 yerə ayıraraq, dibinə bişirmə kağızı sərilmiş, yağlanmış 20sm-lik formaya tökün. Toxunduqda süngər kimi batıb yerinə qayıdana qədər 20-25 dəqiqə bişirin. Biskvitləri sobadan çıxarın və soyumağa qoyun.

 

Çiyələkli-qaymaqlı içliyi hazırlamaq üçün:

Elektrik mikserindən istifadə edərək qaymaq və şəkər kirşanını ağarıncayadək çalın. Kub şəklində doğranmış çiyələkləri və çiyələk tozunu əlavə edin. İstifadə edənədək soyuducuda saxlayın.

 

Yağdan hazırlanmış qlazur üçün:

Bütün inqrediyentləri qarışdırmaq üçün elektrik qarışdırma kasasına qoyun və qabarana kimi çalın. Qapağını örtüb lazım olana qədər saxlayın.

 

Tortu düzəltmək üçün:

 

Biskvitlər soyuduqdan sonra onları üfüqi şəkildə iki hissəyə ayırın. Birinci qatı servis boşqabına qoyun. Çiyələk ceminin 1/3 hissəsini bu qatın üzərinə çəkin və üstündən çiyələkli-qaymaqlı içliyin 1/3 hissəsini töküb yayın. Bu prosesi digər 2 biskvit qatı ilə də təkrarlayın. Biskvit tortunun üst qatına yağdan hazırlanmış qlazur çəkin və yağdan hazırlanmış qlazur və təzə çiyələklərin qarışdırılması nəticəsində əldə edilən, dairəvi hərəkətlə sıxılmış krem-qızılgüllərlə bəzəyin. Süfrəyə verin.

Əvvəlki resept Növbəti resept

What's the verdict?

How many stars would you give this recipe?

Thank you for your review, we appreciate it!

{{reviewFormError}}

No other reviews submitted yet, but you could be the first!

Daha ətraflı məlumat istəyirəm

Məhsullar Tarixçəmiz

Sign up for a taste of the West Coast