https://westgold.com/
Çətinlik dərəcəsi
asan
Hazırlanma müddəti
40 dəqiqə
Bişirilmə müddəti
25 dəqiqə
Porsiya
4-6
6-8 ədəd toyuq budu
6 ədəd saçaqları təmizlənmiş qarğıdalı
100 qr proşutto (qurudulmuş vetçina)
Barbekyu üçün zeytun yağı
Hisə verilmiş qırmızı bibər yağı:
50 qr yumşaldılmış duzlu kərə yağı
1-2 diş əzilmiş sarımsaq
1-2 çay qaşığı hisə verilmiş qırmızı bibər
2 çay qaşığı doğranmış təzə kəklikotu
½ çay qaşığı pul bibər
Duz və istiot
Çerri pomidorundan acı sous:
½ səbət iri doğranmış çerri pomidoru
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı limon şirəsi
2 xörək qaşığı xırda doğranmış qırmızı soğan
1 diş əzilmiş sarımsaq
2 xörək qaşığı doğranmış xalapenyo bibəri
1 xörək qaşığı doğranmış göy soğan və keşniş
Method:
Bütün inqrediyentləri birlikdə qarışdıraraq qırmızı bibər yağı hazırlayın.
Toyuq budlarını hazırlamaq üçün dərisini aralayın və ətinə qırmızı bibər yağı sürtün, sonra dərini dartıb yağın üstünə gətirin. Hazır olana qədər soyuducuda saxlayın (bunu bişirəcəyiniz gündən əvvəlki axşam edə bilərsiniz).
Qarğıdalını hazırlamaq üçün bütöv qarğıdalıları soyuq suyun altında yuyaraq bir az yaş edin. Bütöv qarğıdalılara diş çöpü batırıb, proşuttoya bükün və lazım olana qədər soyuducuda saxlayın.
Bütün inqrediyentləri birlikdə qarışdıraraq acı sous hazırlayın, qapağını qoyun və süfrəyə verilmək üçün hazır olana qədər otaq temperaturunda saxlayın.
Barbekyunu orta temperatura qədər qızdırın, isti soba tavasını yağlayın və toyuq budlarını yerləşdirin. Qapağını qoymadan orta istilikdə bişirin. Toyuq budlarını tez-tez çevirin. Toyuq budlarının bişməsi onların ölçüsündən asılı olaraq təxminən 20-25 dəqiqə çəkir.
Barbekyunu orta temperatura qədər qızdırın, isti soba tavasını yağlayın və toyuq budlarını yerləşdirin. Qapağını qoymadan orta istilikdə bişirin. Toyuq budlarını tez-tez çevirin. Toyuq budlarının bişməsi onların ölçüsündən asılı olaraq təxminən 20-25 dəqiqə çəkir.
Həm toyuq budları, həm də qarğıdalı bişdikdə, barbekyudan götürüb servis qabına qoyun və üzərinə bir az da qırmızı bibər yağı sürtün. Pomidordan acı sous ilə süfrəyə verin.
Serve with tomato salsa.
How many stars would you give this recipe?
No other reviews submitted yet, but you could be the first!