https://westgold.com/
Çətinlik dərəcəsi
orta
Hazırlanma müddəti
30 dəqiqə
Bişirilmə müddəti
30 dəqiqə
Porsiya
20 düzbucaqşəkilli dilim
Şokoladlı qlazur:
125 qr yumşaldılmış duzsuz kərə yağı
125 qr qəhvəyi qamış şəkəri
175 qr un
45qr Holland üsulu kakao tozu
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı vanil
Kokos qatı:
1 banka qatılaşdırılmış süd
1 ½ stəkan kokos tozu
Karamel qatı:
1 ½ banka bişmiş qatılaşdırılmış süd
75 qr əridilmiş kərə yağı
1 çay qaşığı vanil ekstraktı
Şokoladlı toppinq:
125 qr tünd şokolad (70%)
50 qr kərə yağı
Sobanı 170°C-dək qızdırın. 20sm x 20sm ölçülü bişirmə tavasının dibinə bişirmə kağızı sərin. Kərə yağı, vanil və qamış şəkərini krem halına gələnədək çalın.
Quru inqrediyentləri də tam qarışana qədər qarışdırın. Bişirmə tavasına töküb yüngülcə üstündən basın. 15 dəqiqə bişirin.
Kokos qatını hazırlamaq üçün, kokosu və qatılaşdırılmış südü qarışdırın, dondurulmuş şokoladlı qlazurun üstünə qoyub yayın və bərkiyənə qədər daha 15-20 dəqiqə bişirin.
Sobadan çıxarın. Karamel qatı üçün isə bütün inqrediyentləri aşağı temperaturda qızdırın və həmcins və ilıq kütlə alınana qədər çalın.
Kokos qatının üstünə qoyub yayın və bərkiməsi üçün soyuducuya qoyun. Şokoladlı toppinqi hazırlamaq üçün isə doğranmış şokoladı və kərə yağını əriyənədək bir qabda qızdırın və həmcins kütlə alınana qədər qarışdırın.
Karamel qatının üstünə töküb yayın və süfrəyə verilmək üçün hazır olana qədər soyuducuda saxlayın. Dilimləmək üçün isti suya salınmış iti bıçaqdan istifadə edin.
How many stars would you give this recipe?
No other reviews submitted yet, but you could be the first!