Skip to main content

https://westgold.com/

Reseptlər

Çətinlik dərəcəsi:

Çətin

 

Hazırlanma müddəti:

2,5 saat

 

Bişmə müddəti:

30 dəqiqə

 

Porsiya:

10-12

İnqrediyentlər:

 

Qəhvəyi şəkər tozlu korjik:
150 qr yumşaldılmış "Westgold" kərə yağı
50 qr qəhvəyi şəkər tozu
110 qr un
50 qr qarğıdalı unu

 

Şokolad ovuntuları:
50 qr korjik qarışığı (yuxarıda)
2 çay qaşığı kakao
2 çay qaşığı un

 

Tünd şokoladlı muss:
175 qr 70%-lik tünd şokolad
50 qr "Westgold" kərə yağı
½ çay qaşığı jelatin
1 çay qaşığı su
1 ədəd yumurta
30 qr şəkər tozu
200 ml qaymaq, xəfif çalınmış

 

Ağ şokoladlı muss:
250 qr ağ şokolad
100 ml isidilmiş qaymaq
1 çay qaşığı jelatin
2 çay qaşığı su
250 ml yüngül çalınmış qaymaq

 

Bəzək üçün:
hər birindən 75 qr ağ və tünd şokolad
10-15 ədəd kameliya yarpağı
təzə giləmeyvələr

 

Ağcaqayın siroplu qozlu naqqetslər:
½ stəkan qoz ləpəsi
2 xörək qaşığı ağcaqayın siropu
1 xörək qaşığı "Westgold" kərə yağı
2 xörək qaşığı qəhvəyi şəkər tozu
bir çimdik duz

Hazırlanma üsulu:

 

Korjik: Sobanı əvvəlcədən 160°C-dək qızdırın. Kərə yağı və şəkər tozunu yüngül və krem konsistensiyalı kütlə alınana qədər birlikdə çalın. Hər iki növ unu ələyin. Hazır qarışıqdan 50 qr götürün və 2 çay qaşığı kakao və un əlavə edin. Bu qarışığı bişirmə kağızının üzərinə tökün və üstü qızarana və xırçıldayana qədər 15-20 dəqiqə bişirin. Tort üçün 20sm-lik dairəvi formanın dibinə bişirmə kağızı sərin və qalan korjik xəmirini də töküb yayın. Sobada 15-20 dəqiqə bişirin. Soyumağa qoyun. Mussu əlavə etməzdən əvvəl formanın kənarlarına polietilen paket qoyun.

 

Ağ şokoladlı muss: İsti qaymağı xırdalanmış ağ şokoladın üstünə tökün və həmcins kütlə alınana qədər qarışdırın. Jelatin və suyu qarışdırın və şişməsi üçün kənara qoyun. Jelatini həll olması üçün bir neçə saniyə ərzində mikrodalğalı sobada qızdırın. Ağ şokolad və qaymağa əlavə edib qarışdırın. Soyuması üçün 10 dəqiqə müddətinə kənara qoyun. Qaymağı əlavə edin və bişmiş korjik bazasının üstündən tökün. Soyuducuya qoyub 2 saat saxlayın.

 

Tünd şokoladlı muss: Kərə yağını əridin və şokoladı əlavə edin. Həmcins kütlə alınana qədər qarışdırın. Jelatin və suyu qarışdırın və şişməsi üçün kənara qoyun. Jelatini həll olması üçün bir neçə saniyə ərzində mikrodalğalı sobada qızdırın. Şokolad və yağa əlavə edib qarışdırın. Soyuması üçün 10 dəqiqə müddətinə kənara qoyun. Yumurta və şəkər tozunu qabarana və krem konsistensiyalı olana qədər birlikdə çalın. Şokolad və yağ qarışığına əlavə edib qarışdırın. Çalınmış qaymağı da əlavə edin və bərkimiş ağ şokoladlı mussun üstündən tökün. Soyuducuya qoyub 2 saat saxlayın.

 

Şokoladdan yarpaqlar: Əridilmiş şokoladı təmiz kameliya yarpaqlarının üzərinə yayın və soyuducuya qoyun. Yarpaqları ehtiyatla şokoladdan ayırın və lazım olana qədər soyuducuda saxlayın.

 

Qozlu naqqetslər: Bütün inqrediyentləri qazana qoyun və qarışıq karamelizə olunana və qozları tam örtənə qədər vam odda qarışdırın. Yağlanmış bişirmə kağızına düzün və bərkiməsi üçün kənara qoyun.

 

Yığmaq üçün: Biskviti tort üçün formadan çıxarın və tort boşqabına qoyun. Üzərindən şokolad ovuntularını səpin, şokoladdan yarpaqları, qozlu naqqetsləri və böyürtkəni düzün. Süfrəyə verin.

Əvvəlki resept Növbəti resept

What's the verdict?

How many stars would you give this recipe?

No other reviews submitted yet, but you could be the first!

Daha ətraflı məlumat istəyirəm

Məhsullar Tarixçəmiz

Sign up for a taste of the West Coast