Skip to main content

https://westgold.com/

Reseptlər

Çətinlik dərəcəsi:

Orta

 

Hazırlanma müddəti:

Xəmirin soyuması üçün 30 dəqiqə və çuğundurun hazırlanması üçün 40 dəqiqə

 

Bişmə müddəti:

"Özünü tutması" üçün üstəgəl 30 dəqiqə

 

Porsiya:

6-8 dilim alınır

İnqrediyentlər:

 

Xəmiri:
180 qr "Westgold" kərə yağı
250 qr un
80 qr şəkər kirşanı
2 xörək qaşığı kakao
1 ədəd yumurta və 1 yumurta sarısı
1 çay qaşığı vanil

 

Qanaş:
100 qr "Westgold" kərə yağı
250 qr tünd şokolad (70% kakao daha yaxşıdır)
150 ml qaymaq
Bir çimdik duz
300 qr bişmiş doğranmış çuğundur
½ stəkan qəhvəyi şəkər tozu
½ stəkan su

 

Pralin:
½ stəkan şəkər tozu
2 xörək qaşığı su
70 qr qovrulmuş Braziliya qozu (və ya üstünlük verdiyiniz hər hansı digər qoz-fındıq növü)
Bir çimdik dəniz duzu

Hazırlanma üsulu:

 

Bu tartı hazırlamazdan əvvəl nəzərə alınmalı qeydlər:
Xəmir ½ saat müddətinə soyuducuda saxlanılmalıdır.
Çuğundur 40-50 dəqiqə bişirilməlidir.

 

Çuğunduru bişirmək üçün:
Eyniölçülü, xırda çuğundurlar seçin. Saçaqlarını və ya özünü kəsməyin (rənginin çuğunduru bişirdiyiniz suya çıxmaması üçün). Palçığını təmizləmək üçün ehtiyatla yuyun. Bir qazana qoyun və üstünə çıxana qədər su tökün. Qazanın qapağını qoyun və yumşalanadək vam odda, çuğundurun ölçüsündən asılı olaraq 40-50 dəqiqə bişirin. Soyuması üçün suyun içində saxlayın. Soyuyandan sonra əlinizlə qabığını soyun və çuğunduru kağız salfetlə qurulayın.

 

Xəmiri:
Bütün quru inqrediyentləri mikserə/blenderə yerləşdirin, kub şəklində doğranmış kərə yağını əlavə edin və xırdalanmış çörək suxarisi kimi olana qədər qarışdırın. Un qarışığını qarışdırmaq üçün nəzərdə tutulan qaba tökün. Yumurtanı, yumurta ağını və vanili birlikdə çalın. Un qarışını onun içinə tökün və həmcins xəmir əldə edənə qədər yavaşca qarışdırın. Polietilen paketə bükün və yarım saat soyuducuda saxlayın.

 

Sobanı əvvəlcədən 160°C-dək qızdırın. 23-24sm-lik qofreli tart formasını yağlayın. Xəmiri açın və tart üçün formaya elə sərin ki, onun kənarlarından bir azca çıxmaqla, axan xəmir görüntüsü yaransın. Xəmirdən artıq qalacaq, siz onu soyuducuda saxlaya və ya başqa bir şey üçün istifadə edə bilərsiniz. Soyuducuya qoyub 10 dəqiqə saxlayın. Xəmirin üstünə bişirmə kağızı sərin və qabarmaması üçün "keramik lobya" adlandırılan bişirmə vasitəsindən istifadə edin. Təxminən 10-15 dəqiqə bişirin. Kağızı və "keramik lobyaları" götürün və xırçıldayan olana qədər daha 5-10 dəqiqə də bişirin. Soyuması üçün kənara qoyun.

 

Qanaş:
Su, qəhvəyi şəkər tozu, duz və çuğunduru bir qazana qoyun və yüngül siropa çevrilənə qədər vam odda təxminən 5 dəqiqə bişirin. Blenderə tökün və qatı sous konsistensiyasına bənzər həmcins püre halına gələnədək qarışdırın. Soyuması üçün 15 dəqiqə müddətinə kənara qoyun. Qaymaq və kərə yağını bir qazana tökün və istilənənə qədər xəfif qızdırın. Ocağın üstündən götürün və xırdalanmış şokolad əlavə edin. Şokolad əriyənə qədər bir neçə dəqiqə saxlayın və həmcins kütlə alınana qədər çalın. Şokoladlı qanaşa çuğundur püresi əlavə edin və həmcins kütlə alınana qədər yavaşca qarışdırın. Bişmiş tart xəmirinin üzərinə tökün və "özünü tutana" qədər soyuducuda saxlayın.

 

Pralin:
 Dibi qalın olan bir qazana şəkər tozu və su tökün. Yüksək temperaturda ocağın üstünə qoyun və qarışdırmadan qızılı-karamel rəngi alana qədər qaynadın. Dərhal ocağın üstündən götürün və xırdalanmış Braziliya qozunu əlavə edib, yağlamış soba tavasına tökün. Bərkiməsi üçün kənara qoyun.

 

Süfrəyə verilmək üçün hazır olduqda: tartı formadan çıxarıb boşqaba qoyun. Xəmirin kənarlarına kakao tozu səpin. Pralini iri və xırda tikələrə ayırın və tartın tən ortasına yığın. Otaq temperaturunda süfrəyə verin.

 

Bu tartı müşayiət edəcək ən ideal sous aşağıdakıdır:

 

75 qr moruq (təzə və ya donu açılmış)
75 qr bişmiş çuğundur

2 çay qaşığı şəkər kirşanı

 

Bütün inqrediyentləri qarışdırıb püre halına gətirin və ələkdən keçirin.

Əvvəlki resept

What's the verdict?

How many stars would you give this recipe?

No other reviews submitted yet, but you could be the first!

Daha ətraflı məlumat istəyirəm

Məhsullar Tarixçəmiz

Sign up for a taste of the West Coast