Skip to main content

https://westgold.com/

Faydalı məsləhətlər

"Çörəkçilik əhəmiyyətli dərəcədə dəqiq ölçülərdən asılıdır və təəssüf ki, yaradıcı təxəyyülə imkan vermir"

Əgər aşpazlıq yanaşmanız sərbəst üslubdan yanadırsa və "bir az ondan, bir az bundan qatım" deyirsinizsə, bişirdikləriniz gözləntilərinizi o qədər də doğrultmayacaqdır. Çörəkçilik əhəmiyyətli dərəcədə dəqiq ölçülərdən asılıdır və təəssüf ki, yaradıcı təxəyyülə imkan vermir.

 

Un məmulatlarını bişirərkən işinizə yarayacaq ən yaxşı faydalı məsləhətlərdən bəzilərini bir arada topladıq:

 

Biskvitləriniz bərk və bir az da yastı alınır?

Biskvitin daha qabarıq alınmasını istəyirsinizsə, yağın çox isti olmadığından əmin olun, kremin daha yüngül olması üçün isə yağa qaymaq qatmaq daha yaxşı olardı. Həmçinin çox soyuq olan yağdan da istifadə etməyin, çünki bu, kremdə yağ parçalarının qalmasına səbəb olacaq.

 

Qabınızı yaxşıca yağlayın.
Şirniyyat bişirdiyiniz qabları yağla yaxşıca yağlayın: şirniyyat fırçasından istifadə etsəniz, daha yaxşı nəticə əldə edəcəksiniz, üstəlik, bu, qaba yağlanmış kağız qoymaqdan daha asan və rahatdır. Sadəcə fırçanızı xörək qaşığının içində olan çox yumşalmış yağın üstündən, sonra isə qabınıza çəkin.

 

Əvvəlcədən isitməyi unutmayın. Soba kifayət qədər isti deyilsə, bu, biskvitinizin necə qalxacağına təsir edəcəkdir.

 

Hava dostunuzdur. Yağ və şəkər tozunun rəngi ağarıncayadək və yüngül tekstura qazanıncayadək çalınması biskvitin tərkibindəki havanı və onun həcmini artıracaqdır; şəkər tozu həll olunaraq hava qabarcıqları yaradacaq, onlar isə sobada bişərkən buxar çıxararaq biskviti qaldıracaqdır.
Eyni qayda digər inqrediyentlərin qatılması zamanı da tətbiq olunur. İnqrediyentlərin qatılması üçün ən yaxşı variant iri boşluqları olan mikser başlığından istifadədir, çünki o, topaları açır, amma həddindən artıq qarışdırmır. Çalışın, mikserlə çox güclü çalmayın, çünki bu, biskvitinizdən havanı çıxaracaq və onu ağır edəcəkdir.

 

Qarışıq hazır olduqda, yaxşı "qalxması" üçün onu dərhal sobaya qoyun. Xəmirin qalxmasına kömək edən inqrediyentlər digər yaş inqrediyentlərlə təmas edən kimi "işə başlayacaqlar".

 

Ölçülərin dəqiq olmasına diqqət yetirin. Çörəkçilik bir elmdir və ən yaxşı nəticələr reseptdə göstərilən dəqiq ölçülərdən asılıdır. Əgər biskvitinizin qalxmasını istəyirsinizsə, daha çox qabartma tozu əlavə edə bilməzsiniz. İnqrediyentləri gözəyarı tökmək yerinə, ölçü qaşıqlarından istifadə edin.

 

Yağın və yumurtaların münasib temperaturda olduğundan əmin olun. Əgər siz yağı birbaşa soyuducudan götürürsünüzsə, o da yaxşı həll olmayacaqdır. Eynilə, soyuq yumurtadan istifadə etmək qarışığınızın çürüməsinə səbəb ola bilər. Yumurtaları otaq temperaturuna gətirmək üçün ən asan yol onları ilıq suya qoyub təxminən 10 dəqiqə saxlamaqdır.

 

Unu düzgün ölçün: unu mütləq qaşıqla götürüb ölçü stəkanına qoyun və üstündəki artıq hissəni bıçaq tiyəsinin arxası ilə götürün. Əgər unu birbaşa kisədən/konteynerdən töksəniz, bu, unun topalanmasına və sizə lazım olandan çox un tökülməsinə səbəb ola bilər.

 

Sobanın yerləşməsi: soba qablarını mümkün qədər sobanın mərkəzinə yaxın yerləşdirin. Əgər sobanız qabları yan-yana qoymaq üçün kifayət qədər geniş deyilsə, onları müxtəlif rəflərə yerləşdirin, lakin hava dövranını təmin etmək üçün sürüşdürərək bir-birindən uzaqlaşdırın. Yaxşı olardı ki, qablar bir-birinə toxunmasın.

 

Bişirərkən qabları və siniləri döndərin: bu addımı asanlıqla ötürmək olar, lakin bu, daha yaxşı bişməni təmin edəcəkdir. Ən yaxşı üsul isə bişmə müddətinin üçdə-ikisinin keçməsini gözləməkdir ki, biskvitiniz özünü tutsun və yatmasın.

 

Korjları başıaşağı qoyaraq soyudun. Bu, üst hissənin hamarlaşmasına və korjları üst-üstə qoyarkən qatların hamar olmasına kömək edə bilər.

 

Biskvitinizə qabartma tozu əvəzinə çay sodası qatmısınız? Narahat olmayın, tortunuzu xilas edə bilərik!
Necə? Sadəcə qabartma tozu əlavə edin. Reseptdə göstərilən miqdarın yarısını qarışığa əlavə edib davam edin. Bişirdiyiniz un məmulatı ya lazımi həcm qazanacaq və heç kim heç nə hiss etməyəcək, ya da biskvitiniz həddindən artıq qabarıb, qabın kənarlarından axıb töküləcək. Qabartma tozunuz yoxdur? Yenə də onu bişirin, sadəcə tortunuz tortdan daha çox, nisbətən bərk, hamar teksturalı desertə bənzəyəcəkdir. Ancaq bu, meyvəli dondurma üçün əla baza ola bilər.

 

Bişirmə qablarına yapışmayan kağız qoymağı və ya yağ sürtməyi unutmusunuz?

Narahat olmayın. Korj soyuduqdan sonra, məsələn, təxminən 1 saatdan sonra onu (qabla birlikdə) 6 saat müddətinə soyuducuya qoyun. Donduqdan sonra kənarlarına bıçaq salıb, boşalana qədər kənarlarını genişlədin. Sonra qabı doğrama lövhəsinin üstünə çevirib, korj çıxanadək qabı səthə vurun. Korj yenə də çıxmazsa, korj ayrılanadək onun altına 2 çəngəl salmağa çalışın. Korj çıxdıqdan sonra onu polietilen plyonkaya bükün və otaq temperaturunda donunun açılmasını gözləyin.

 

Əgər çörəkçiliklə bağlı hər hansı işə yarayan faydalı məsləhətləriniz varsa, onları eşitməyə şad olarıq! Burada Facebook səhifəmizdə bu barədə bizə məlumat verin. 

Əvvəlki bloq Növbəti bloq

Sign up for a taste of the West Coast