Skip to main content
Gold Grass Left

2014-cü ildə "Westland" fermerlərə effektiv və dayanıqlı üsullar yaratmağa və onların uzunmüddətli uğurunu təmin edəcək Fermer Təsərrüfatının Təkmilləşdirilməsi Proqramını ("FarmEx") başladıb.

"Westland"ın Tədarük Xidmətləri qrupu tərəfindən aparılan qiymətləndirmələr bizə onu deməyə əsas verir ki, süd tədarükçülərimiz hökumətin minimum normativlərinə və sənaye standartlarına uyğun olmaqla yanaşı, onları üstələyirlər və bu prosesdə fermer təsərrüfatının təkmilləşdirilməsi üzrə yeni standartlar formalaşdırmağa çalışırlar.

Tədarük Xidmətləri qrupumuz hər il xüsusi olaraq 7 əsas sahəni qiymətləndirmək məqsədilə süd tədarükçülərimizin hər birinə baş çəkir. Bu zaman diqqət mərkəzində olan sahələr heyvanların rifahı, ətraf mühitin mühafizəsi və bu fermalarda işçilərin və qonaqların təhlükəsizliyidir. Qaydalar və istehlakçıların gözləntiləri inkişaf etməyə davam etdikcə, biz də inkişaf edəcəyik. Fermerlərimizə, onların heyvanlarına və ətraf mühitə dəstək göstərdiyimizi, habelə aldığınız hər bir "Westgold" məhsulunun onun ömrünün hər bir mərhələsində ən yüksək standartlara cavab verməsini təmin edəcəyimizi nümayiş etdirmək üçün "FarmEx" köməyə gələcəkdir.

Sign up for a taste of the West Coast