Skip to main content

https://westgold.com/

Faydalı məsləhətlər

""Westgold" kərə yağını bu qədər özəl edən şey məhz zamanın sınağından keçmiş ənənəvi nehrə üsuludur".

Yeni Zelandiyada kərə yağı istehsalı üçün 2 əsas metoddan istifadə olunur: "Fritz" və "Ammix". "Westgold" markası olaraq, yüzilliklərdir mövcud olan nehrə üsuluna bənzəyən qaymaq hazırlama üsulundan – "Fritz Churn" metodundan istifadə edirik. Bu üsul hazırda Qərbi Avropada geniş istifadə olunur. Bəs bu "Fritz Churn" metodu nədir?

 

Əvvəlcə süd yığılaraq qaymaq götürülür. Sonra yağa optimal sərtlik qazandırmaq məqsədilə südün yağ tərkibini kristallaşdırmaq üçün qaymaq soyudulur. Bundan sonra qaymaq çalınır, xam kərə yağı (bərk) və ayran (maye) ayrılır. Yerdə qalan emulsiya gedənə qədər qurudulur. Kərə yağının yığılmasında ikinci addım məhsulun yağ tərkibini artırmaqdır. Bundan sonra yağın artıq suyunu çıxarmaq və yumşaltmaq üçün yağ yoğrulur/əzişdirilir. Duzlu kərə yağından söhbət gedirsə, duz suya qatılaraq məhlul şəklində əlavə edilir, buna görə də duzlu kərə yağının qablaşdırmasında inqrediyentlər siyahısında su görəcəksiniz. "Fritz" metodu üçün istifadə olunan avadanlıqlar kərə daha sıx quruluşlu kərə yağının hazırlanması ilə nəticələnən ənənəvi nehrə üsulun mümkün qədər yaxın olan kərə yağı istehsal edirlər.

 

"Westgold" yağını bu qədər özəl edən şey məhz zamanın sınağından keçmiş ənənəvi nehrə üsuludur. Bu üsulun kökləri qaymağın at və araba ilə daşındığı, Vest-Kostda "Westland" şirkətinin ilk yağ istehsalı zavodunun açıldığı 1893-cü ilə gedib çıxır. Üstündən 120 ildən çox vaxt keçsə də, "Westgold" ənənələrə sadiq qalır.

Əvvəlki bloq Növbəti bloq

Sign up for a taste of the West Coast