Skip to main content

https://westgold.com/

Faydalı məsləhətlər

Bütün yeməklər daha iştahaaçan görünəcək və təqdimatın yaxşı olmasına nə qədər çox çalışsaq, "Aman tanrım!" şüarlarını daha çox eşidəcəyik!

 

 Boşqaba düzülüşlə bağlı bu faydalı məsləhətlərə və sürətli bəzəmə ipuclarına nəzər salın, sonra isə dostunuzun və ailənizin reaksiyasına baxın.

 

Onlar boşqabdakıları "aşırtmamış" şəklini çəkməyi unutmayın və #westgoldnz heşteqi ilə paylaşın!

 

Planla başla

Əgər fantaziyanızı işə salırsınızsa, plan cıza və məşq etmək üçün bir boşqabı bəzəyə bilərsiniz.

 

Düzgün yemək seçirik

Boşqabın rəngi vacibdir! Şah əsərinizi ona qoyacaqsınız. Boşqabın rənginin təbii olub-olmadığına nəzər yetirin. Əgər yemək canlı rənglərdədirsə, onun fərqlənməsi üçün ağ rəngli arxa fon daha məqsədəuyğun olardı. Həmçinin boşqabın funksional olub-olmadığını da yoxlayın: ondan yemək yemək rahatdırmı? Hər şey yeməyi yediyinizdən, yoxsa sadəcə şəklini çəkdiyinizdən asılıdır!

 

Kiçik porsiyalarla tərtibat daha asandır

Deyilənə görə, boşqabın çox dolu görünməməsi üçün əsas formul 6-dan çox elementin olmamasıdır. Qonaqlarınızı razı salmaq üçün süfrəyə kifayət qədər yemək vermək istəyirsinizsə, boşqabınızda bir az boş yerin qalması qəşəng görünəcək, onu bəzəmək isə daha asan olacaqdır.

 

Yeməyə hündürlük veririk

Yeməyi təpəcik şəklində qoymaq yaxşı üsuldur. Siz hətta bəzi qidalara, məsələn, kartof, şirin kartof, düyü və makarona hündürlük vermək üçün baza kimi bu dairəvi formalar alıb istifadə edə bilərsiniz. Bunun başqa bir üsulu isə ondan ibarətdir ki, siz onun üzərinə qatı bir qida qoyursunuzsa, qidanı onun üzərinə qaşığı şaquli vəziyyətdə yerləşdirərək qoyun. Əgər boşqaba tərəvəz qoyursunuzsa, yemək maşasından istifadə edin, yeməyi üç qat olaraq yerləşdirin və qatları əlavə etdikcə çarpazşəkilli formada qoyun.

 

Əti dilimləyirik

Ət üfüqi şəkildə kəsilərsə və yeməyin üzərinə səpilərək qoyularsa, həmişə möhtəşəm görünəcəkdir. Ya da sərbəst forma tətbiq edin və dilimlənmiş əti bir kənardan və ya düşes kartofun üzərinə qoyun.

 

 

 

Tekstura qatırıq

Sousların yeməyə çilənərək və ya damcı, yaxud daha da irəli gedilərək köpük şəklində əlavə edilməsi üsulu yeməyə tekstura və maraq qatacaqdır. Qaşığın arxa tərəfi ilə boşqaba yayılmış bir qaşıq püre üsulunu sınayın. Kartofu düşes üsulu hazırlayın, kahı yarpağı və ya digər göyərtilər, yaxud da "ordan-burdan" bir az bitki yağı əlavə edin.

 

Kontrast rənglərdən istifadə edirik

Hər şeyin mükəmməl olduğu bu dünyada bu üsul təbii, lakin cəsur olacaq, həmçinin diqqət cəlb etmək üçün müxtəlif rənglərdən istifadə edə bilərsiniz. Çuğundur, matça, giləmeyvələr və ya yaşıl tərəvəzlər sizin üçün ideya ola bilər. Yeməyiniz üçün parlaq rəngli inqrediyentlər seçin; bəzi insanlar yerkökü, lobya və hətta gül kələm kimi müxtəlif rəngli inqrediyentlərdən istifadə edirlər. Boşqabı daha diqqətçəkən edin. Masa tərtibatı üçün əlavə rənglərdən də istifadə edə bilərsiniz.

 

Yeməyin bəzədilməsi

Yeməyinizi bəzəmək üçün istifadə etdiyiniz inqrediyentlər yeməli olmalıdır. Bu, güllər, otlar, ədviyyat ola bilər. Bu bəzəklərin dadının yeməyin dadını pisləşdirmədiyindən, əksinə, yaxşılaşdırdığından əmin olun. Bəzək inqrediyenti çoxməqsədli olmalıdır; həm yaxşı görünməli, həm də dad qatmalıdır. Yeməyi artıq onun tərkibində olan inqrediyentlə bəzəmək də yaxşı fikirdir.

 

Hər şey sadə və balanslaşdırılmış olsun

 Boşqabı doldurmayın və çoxlu dadı bir-birinə qatmayın. Əgər kulinariya proqramlarını izləyirsinizsə, yəqin ki, yeni başlayan aşpazların həddindən çox element əlavə etdikdə danlandıqlarını görmüsünüz. İnsanların hazırlanmasına vaxt sərf etdiyiniz yeməklərin dadına baxmasını istəyirsiniz. Bunu bir təqdimat kimi düşünün. Boşqabda "xaos" yaratmamaq üçün bir inqrediyenti seçərək vurğulamaq da məqsədəuyğun olardı.

 

 

İndi isə hamını təəccübləndirəcək bəzəmə ipuclarını təqdim edirik:

 

  • Boşqabın bir hissəsinə sublimasiyalı qurutma üsulu ilə qurudulmuş giləmeyvə və ya şəkər kirşanı qoyun, əvvəlcə boşqabın bir hissəsini kiçikölçülü nəlbəki və ya fincan ilə örtün, sonra isə boşqabın qalan hissəsinə şəkər kirşanı ələyin. Kiçikölçülü nəlbəkini və ya fincanı götürün və yeməyi həmin boş yerə qoyun.

  • Yuxarıdakı üsula alternativ olaraq, boşqabın yarısına bir parça kağız qoyun, sonra isə toz halında rəngli inqrediyenti onun üzərinə ələyin, ardınca kağızı elə çıxarın ki, boşqabın yarısı bəzəksiz olsun, həmin sadə hissəyə və ya ayırıcı xəttə yeməyi qoyun.

  • Sousun yayılması - boşqabın yuxarı tərəfinə böyük bir qaşığa yerləşəcək qədər sous sıxın və onu aşağıya doğru çəkmək üçün qaşığın arxa tərəfindən istifadə edin, sonra isə yeməyi yan tərəfə (sousun üzərinə deyil) yerləşdirin.

 

 

  • Kartof və ya şirin kartof püresini qənnadı kisəsinə doldurun və boşqabda ətin yanında (və boşqaba sürtülmüş sousun yanında) dairəvi hərəkətlə burmalar yaradın.

  • Sousu boşqabın aşağı üçdə-bir hissəsinə üfüqi xətlə sıxın, sonra isə boşqabı özünüzdən uzağa tutaraq elə əyin ki, sous xətdən damcılarla axsın, bundan sonra yeməyi həmin üfüqi xəttin bir hissəsinə qoyun.

  • Sousu (şirin və ya duzlu) kiçik damlalar şəklində boşqabın ətrafına fırladaraq və ya boşqabın bir tərəfində xətt kimi sıxın, sonra isə şampuru götürüb sousun hər damlasının mərkəzindən keçirin və damlaların hər birini demək olar ki, ürək formalı burmalardan ibarət ardıcıl xəttə çevirin.

 

Əvvəlki bloq Növbəti bloq

Sign up for a taste of the West Coast