Skip to main content

https://westgold.com/

Faydalı məsləhətlər

"Aromalı yağlar təkcə qidanın hazırlanması üçün ideal deyil, onları həm də xəfif dad vermək üçün çörək diliminə çəkmək olar; asan, amma dadlıdır".

Bir az aromalı yağ əlavə etmək yeməyinizə qurme toxunuşu vermək və yeməklərinizi özünəməxsus etməyin ən sadə üsuludur, ona görə də evdə özünüz hazırlaya biləcəyiniz bir neçə dad kombinasiyalarını bir araya topladıq. Aromalı yağlar təkcə qidanın hazırlanması üçün ideal deyil, onları həm də xəfif dad vermək üçün çörək diliminə çəkmək olar; asan, amma dadlıdır.

Bu aromalı yağların ən yaxşı xüsusiyyəti odur ki, onları əvvəlcədən hazırlayıb bir neçə gün soyuducuda saxlaya və ya dondura bilərsiniz. Aromalı yağınız artıq hazırdırsa, sadəcə qarışığı bişirmə və ya folqa kağızına köçürün, rulon formasında büküb saxlayın.

 

Ətdən və dəniz məhsullarından hazırlanan yeməklər üçün tövsiyə edirik ki, bişirmə prosesində yağın yarısı ilə əti basdırma edəsiniz, qalan hissəsini isə süfrəyə verəcəyiniz vaxta saxlayasınız. Əgər göyərtidən istifadə edirsinizsə, təzə göyərti ideal olacaq. Ətrinin çıxması üçün onları əlavə etməzdən əvvəl bir azca əlinizlə əzişdirin. Boşqabınızda qalan artıq yağa batırmaq üçün əlinizin altında xırçıldayan fransız çörəyi olsun.

 

Əgər "şirniyyat xəstəsi"sinizsə, sizin üçün də bəzi ideyalarımız var. Desert yağlarını əlavə ləzzət qatmaq üçün tostun, sadə korjiklərin və ya pankeklərin üzərinə çəksək, çox dadlı olar.

 

Aşağıdakı reseptlər kiçik süfrə üçün kifayət edəcək, lakin istəsəniz, hər inqrediyenti ikiqat artıra bilərsiniz. Siz artıq qalanları sonra istifadə etmək üçün soyuducuda və ya dondurucuda saxlaya bilərsiniz.

Qırmızı ət və toyuq üçün ən yaxşı dad kombinasiyaları:

Sarımsaq və göyərti

1/2 stəkan yumşaldılmış "Westgold" kərə yağı

1 xörək qaşığı əzilib doğranmış sarımsaq

1 xörək qaşığı qarışıq göyərti

 

*Zeytun sevirsinizsə, bu reseptə 8 ədəd xırda doğranmış çəyirdəksiz zeytun əlavə edə bilərsiniz. Bütün inqrediyentləri qarışdırın və otaq temperaturunda və ya bir qədər isti yerdə saxlayın. Əti basdırma etmək üçün yağın yarısını istifadə edin. Qarışıq bir az qızdırılsa, əti basdırma etmək daha asan olar və şirniyyat və ya basdırma fırçalarından istifadə də işinizə yaraya bilər. Qalan qarışığı isə yeməkləri süfrəyə verərkən istifadə etmək üçün kənara qoyun.

 

Rozmarin və dəniz duzu

1/2 stəkan yumşaldılmış "Westgold" kərə yağı

1 çay qaşığı dəniz duzu

1 xörək qaşığı rozmarin

 

Bütün inqrediyentləri qarışdırın və otaq temperaturunda və ya bir qədər isti yerdə saxlayın. Əti basdırma etmək üçün yağın yarısını istifadə edin. Qarışıq bir az qızdırılsa, əti basdırma etmək daha asan olar və şirniyyat və ya basdırma fırçalarından istifadə də işinizə yaraya bilər. Qalan qarışığı isə yeməkləri süfrəyə verərkən istifadə etmək üçün kənara qoyun.

 

Limon qabığı və kəklikotu

1/2 stəkan yumşaldılmış "Westgold" kərə yağı

1 xörək qaşığı kəklikotu

1 çay qaşığı limon qabığı (sürtgəcin xırda gözündən keçirilmiş)

Bütün inqrediyentləri qarışdırın və otaq temperaturunda və ya bir qədər isti yerdə saxlayın. Əti basdırma etmək üçün yağın yarısını istifadə edin. Qarışıq bir az qızdırılsa, əti basdırma etmək daha asan olar və şirniyyat və ya basdırma fırçalarından istifadə də işinizə yaraya bilər. Qalan qarışığı isə yeməkləri süfrəyə verərkən istifadə etmək üçün kənara qoyun.

Dəniz məhsulları üçün ən yaxşı dad kombinasiyaları:

Çili sousu və xardal

1/2 stəkan yumşaldılmış "Westgold" kərə yağı

1 xörək qaşığı doğranmış soğan

1 xörək qaşığı xardal (Dijon və ya tam taxıl xardalı)

1 çay qaşığı çili bibəri tozu

 

Bütün inqrediyentləri qarışdırın və otaq temperaturunda və ya bir qədər isti yerdə saxlayın. Dəniz məhsullarını basdırma etmək üçün yağın yarısını istifadə edin. Qarışıq bir az qızdırılsa, dəniz məhsullarını basdırma etmək daha asan olar və şirniyyat və ya basdırma fırçalarından istifadə də işinizə yaraya bilər. Qalan qarışığı isə yeməkləri süfrəyə verərkən istifadə etmək üçün kənara qoyun.

 

Laym və göy soğan

1/2 stəkan yumşaldılmış "Westgold" kərə yağı

1/3 stəkan xırda doğranmış göy soğan

2 çay qaşığı laym şirəsi

1 çay qaşığı laym qabığı (sürtgəcin xırda gözündən keçirilmiş)

½ çay qaşığı duz

 

Bütün inqrediyentləri qarışdırın və otaq temperaturunda və ya bir qədər isti yerdə saxlayın. Dəniz məhsullarını basdırma etmək üçün yağın yarısını istifadə edin. Qarışıq bir az qızdırılsa, dəniz məhsullarını basdırma etmək daha asan olar və şirniyyat və ya basdırma fırçalarından istifadə də işinizə yaraya bilər. Qalan qarışığı isə yeməkləri süfrəyə verərkən istifadə etmək üçün kənara qoyun.

 

Limon və cəfəri

1/2 stəkan yumşaldılmış "Westgold" kərə yağı

½ stəkan xırda doğranmış cəfəri

2 xörək qaşığı xırda doğranmış sarımsaq

2 xörək qaşığı limon şirəsi

1 çay qaşığı duz

½ çay qaşığı qara istiot

 

Bütün inqrediyentləri qarışdırın və otaq temperaturunda və ya bir qədər isti yerdə saxlayın. Dəniz məhsullarını basdırma etmək üçün yağın yarısını istifadə edin. Qarışıq bir az qızdırılsa, dəniz məhsullarını basdırma etmək daha asan olar və şirniyyat və ya basdırma fırçalarından istifadə də işinizə yaraya bilər. Qalan qarışığı isə yeməkləri süfrəyə verərkən istifadə etmək üçün kənara qoyun.

Şirin yağlar:

Darçın və qəhvəyi şəkər tozu

1/2 stəkan yumşaldılmış "Westgold" kərə yağı

4 çay qaşığı qəhvəyi şəkər tozu

½ çay qaşığı darçın

 

Bütün inqrediyentləri qarışdırın və tost, korjik və ya pankeklə birlikdə süfrəyə verməzdən əvvəl otaq temperaturunda və ya bir qədər isti yerdə saxlayın.

 

Pekan qozu və ağcaqayın siropu

1/2 stəkan yumşaldılmış "Westgold" kərə yağı

1/2 stəkan ağcaqayın siropu

1/4 stəkan pekan qozu (xırda doğranmış/əzilmiş)

 

Bütün inqrediyentləri qarışdırın və tost, korjik və ya pankeklə birlikdə süfrəyə verməzdən əvvəl otaq temperaturunda və ya bir qədər isti yerdə saxlayın. Faydalı məsləhətimiz: İştahaaçan səhər yeməyi üçün pankeklərlə birlikdə və donuz ətinə qarnir kimi süfrəyə verin.

Əvvəlki bloq

Sign up for a taste of the West Coast